Bəstəkar Murad Arif Rusiyada pozulmuş hüquqlarını bərpa etdi
23 Fevral 2013 Şənbə 15:48
Murad Arif : Sənədlərimi və bank hesabımı istədilər.
Teleaparıcı, prodüsser və bir neçə hitlərin müəllifi Murad Arifin müğənni Natavan Həbibi üçün yazdığı “Təyyarələr” mahnısının Dağıstan müğənnisi Zarina Tilidzenin ifasında başqa bəstəkarın adı ilə səslənməsi səs-küyə səbəb oldu. ANS PRESS-in məlumatına görə, mahnısının oğurlanmasından xəbər tutan Murad Arif dağıstanlı müğənninin çalışdığı "Prolife" produser mərkəzi və “Monolit” productionla əlaqə saxlayaraq öz müəllif hüququnu sübut edə bilib. Murad Arif rusiyali produserə öz mahnının 2009-da yazıldığını isbat edəndən sonra, produser şirkət adından üzr istəyib və müəllif Murad Arifin adını bütün çıxış, disklərdə qeyd edəcəyini söz verib.

Murad Arif qarşı tərəfin məsələni hüquqi müstəvidə həll edəcəklərini deyir: “İş burasındadır ki, onlar özləri də aldanıblar. Onlar mənə haqlarımın qorunacağını və saxtakar bəstəkar cəzalanacağını bildirdilər."

"Sənədlərimi və bank hesabımı istədilər",-deyən M.Arif bəstə üçün nə qədər qonorar ödəniləcəyindən xəbərsiz olduğunu deyir: "Onlar zənn edirlər ki, haqlarım tapdandığı üçün onlara qarşı hüquqi iş açdıra bilərəm və bu səbəbdən əl-ayağa düşüblər ki, müəllif hüququmu bərpa etsinlər. Lakin mən ucuzluğa getmək istəmirəm. Əsas odur ki, mahnının müəllifi olduğumu sübut etmişəm”.

Qeyd edək ki, Murad Arifin "Təyyarələr" mahnısını dağıstanlı müğənni Zarina Tilidzeyə 5-6 ay öncə Аlliyat Maqomedxanov adlı Rusiya bəstəkarı öz bəstəsi kimi təqdim edib və 100.000 rubla satıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar