Bəhreyn kralı azərbaycanlı sənətçini "2009-cu ilin sənətçisi" elan etdi
19 İyul 2010 Bazar Ertəsi 15:45
Sami Yusuf Bəhreynn səfərindən məmnun qalıb.
Dünya şöhrətli azərbaycanlı sənətçi Sami Yusuf Bəhreyn kralı tərəfindən mükafatlandırılıb. Sənətçinin Azərbaycandaki internet səhifəsinin rəhbəri Fuad Babayevin ANS PRESS-ə verdiyi məlumata görə, Sami
Yusuf "2009-cu ilin sənətçisi" adına layiq görülüb.

Sami Yusufun müraciətini də oxucularımıza təqdim edirik: "Möcüzə bir tədbirdən yeni qayıtmışam. Prioritetimə görə və proqramımın çoxluğunu nəzərə alıb haradasa dəvətdən imtina edəcəkdim. Amma qatıldığım üçün çox sevincliyəm. Mənə "2009-cu ilin sənətçisi" mükafatını hədiyyə etdiyi üçün Bəhreyn Kralına və mənə olan dəstəklərindən və təqdirlərindən ötrü "4Shabab" kanalına təşəkkür etmək istəyirəm.

Həqiqətən çox sevimli insanlar ilə tanış oldum. Amma mənim üçün ən cazibədar olanı və bəlkə də möcüzə mükafat hörmətli İslam alimi və professoru Şeyx Abdullah bin Bayyah ilə təkrar görüşüm oldu.

Çox gözəl bir səyahət idi və Bahreyn hər dəfəsində daha da gözəlləşir.
Tanrı hamınızı müqəddəs hesab etsin". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar