Başmet Azərbaycan Dövlət Filamoniyasında çıxış etdi
27 Noyabr 2010 Şənbə 17:15
Kseniya Başmet tamaşaçılara əsl musiqi rəngarəngliyini duymağa imkan verdi
Müslüm Maqomayev adına Dövlət Filarmoniyası növbəti qonağını qəbul etdi. Bu dəfə qonaq qismində filarmoniyada məşhur rusiyalı dirijor Yuri Başmetin qızı, istedadlı pianoçu Kseniya Başmet Azərbaycan Dövlət Filamoniyasında çıxış etdi. Kseniya Başmet Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti və dirijor Elşad Bağırovun rəhbərliyi ilə Bethovenin fortepiano və orkestr üçün konsertini ifa etdi.
Kseniya Başmet tamaşaçılara əsl musiqi rəngarəngliyini duymağa imkan verdi. Konsertdə Dövlət Simfonik Orkestri Elşad Bağırovun dirijorluğu ilə Vaqnerin "Tanqeyzer" operasına üvertura, P.J.Çaykovskinin "Françesko da rimini" simfonik poemasını, M. Ravelin "Dafnis və Xloya" baletindən 2-ci süitasını ifa etdilər.
Qeyd edək ki, bu, Kseniya Başmetin Bakıya birinci səfəri deyil. O, ilk dəfə 2004-cü ildə Yuri Başmetin rəhbərliyi və əməkdar artist Murad Adıgözəlzadə ilə birgə filarmoniyanın səhnəsini bölüşüb.
DOSTLARINLA PAYLAŞ: