Balacaların "Eurovision" müsabiqəsinin hazırlığı başladı
04 İyun 2010 Cümə 22:40
Müsabiqə “Minsk” arenasında baş tutacaq
Noyabrın 20-də Belarusun paytaxtı Minskdə keçiriləcək “Eurovision Junior Contest” müsabiqəsinin hazırlıqlarına başlanılıb.

Müsabiqənin rəsmi internet saytında bildirilib ki, müsabiqə “Minsk” arenasında baş tutacaq.

“Eurovision Junior” yarışmasının prodüseri Aleksandr Martınenko deyib ki, bu il uşaqlar arasında keçiriləcək müsabiqəyə Belarus İctimai Yayım Şurası (BTRC) ev sahibliyi edəcək.

Hələlik müsabiqədə iştirak edəcək ölkələrin siyahısı məlum deyildir. Müsabiqədə 10-15 yaş arası uşaqlar iştirak edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar