Bakılı tamaşaçılara yapon dilində kino göstəriləcək
25 Noyabr 2010 Cümə Axşamı 15:20
Biletləri Yaponiyanın Azərbaycandakı səfirliyindən pulsuz əldə etmək olar
Bakıda “Yaponiya kinosu” günləri keçiriləcək. Yaponiya səfirliyindən "Turan"a verilən məlumata görə, yapon filmləri 9-11 tarixlərində nümayiş olunacaq. Tədbirin rəsmi açılışı dekabrın 9-da saat 18:15-də Azərbaycan Kinomatoqrafçılar İttifaqının kino zalında keçiriləcək.
Nümayiş olunan filmlərə gəldikdə isə, “Caz qızları” (Swing Girls), “Robokon” (Robokon), “Su oğlanları” (Waterboys), “Mənim sirli sərvətim” (My Secret Treasures) komediya janrında, “Kuill” (Quill) dram, “Miyori” və sehrli meşə” (Miyori and Magic Forest) animasiya janrında çəkilib.
Filmlər yapon dilində rus subtitrləri ilə nümayiş olunacaq.
Qeyd edək ki, giriş üçün biletləri Yaponiyanın Azərbaycandakı səfirliyindən pulsuz əldə etmək olar.
DOSTLARINLA PAYLAŞ: