Bakıfilm prezidentin sərəncamını dəstəklədi
10 Sentyabr 2011 Şənbə 19:19
Bakıfilm kinostudiyası “Azərbaycan Respublikasının prezidenti tərəfindən verilmiş bu sərəncam vaxtında atılmış addımdır”.
““Bakıfilm” kinostudiyası hesab edir ki, Azərbaycan Respublikasının prezidenti tərəfindən verilmiş bu sərəncam vaxtında atılmış addımdır. Çünki bu, doğrudan da Azərbaycanda televiziya sənətinin bütün sahələri üzrə inkişafına zəmin yaradacaq”, Bunu prezident İlham Əliyev dünən milli televiziya filmlərinin istehsalına 5 milyon manat vəsaitin ayırılması ilə bağlı imzaladığı sərəncamı şərh edərkən “Bakıfilm” kimostudiyasının direktor müavini Kamran Qasımov bildirib.

K. Qasımov Düşünür ki, adıçəkilən bu sərəncam “Bakıfilm”in milli istehsalı olan 8 seriyalı “Xocalı” filminin də tamamlanmasında öz əhəmiyyətli rolunu oynayacaq.

Xatırladaq ki, dünən Azərbaycan prezident İlham Əliyev milli televiziya filmlərinin istehsalına 5 milyon manat vəsaitin ayırılması barədə sərəncam imzalayıb. Bu vəsait 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğin maliyyələşməsini müəyyən olunmuş qaydada təmin etməlidir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar