Bakıda “Yeni Berlin” fotosərgisi açılacaq. Sərgnin sentyabr ayında “Qız qalası” qalereyasında keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Azərbaycanda Almaniya həftəsi - “Almaniya ilə tanışlıq” çərçivəsində keçiriləcək. Sərgidə alman sənətkar Rayner Gertnerin paytaxt Berlinin son dövrlərini əsk etdirən fotoları nümayiş olunacaq./AzərTAc/