Bakıda V Beynəlxalq Rostropoviç Festivalı başlayır
04 Dekabr 2011 Bazar 04:39
Festivalda dünya şöhrətli müasiqiçilər və kollektivlər iştirak edəcəklər.
Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda V Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu gün başlayacaq festival dekabrın 10-dək davam edəcək.

Festivalda Rusiya, Belçika, ABŞ, Almaniya, Cənubi Koreya, Fransadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Viktor Tretyakov, Dmitri Yurovski, So Younq Yoon, İqnat Soljenitsın, Antverpen Simfonik Orkestri, Nijni Novqorod Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera Mərkəzi, Vsevolod Quzov, Ensemble Orchestral de Paris, Lourens Foster, Jan İv Tibode və başqaları iştirak edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar