Bakıda Tai massajı gösterilecek
10 İyul 2013 Çərşənbə 02:21
Tedbir Medeniyyet ve Turizm Nazirliyinin teşkilatı desteyi ile teşkil edilir. Tedbirde tai massajı da gösterilecek.
Tailand Krallığının təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə iyulun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tailand təcrübəsi - 2013” adlı mədəni tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirin məqsədi Tailandın tarixi-mədəni irsini Azərbaycan ictimaiyyətinə çatdırmaq, o cümlədən də Azərbaycan və Tailand xalqları arasında ikitərəfli dostluq əlaqələrinin və mədəni əməkdaşlığın əsasının qoymaq və möhkəmləndirməkdir.

Tədbirdə Tailandda ənənəvi olan meyvə oyma, çətir rəngləmə, maska düzəltmə, Tai yeməklərinin bişirilməsi, Tai massajı və rəqs nümunələri nümayiş olunacaq.

Mərasimdə iştirak etmək üçün ölkəmizə Tailand Krallığından 30-a yaxın mədəniyyət nümayəndəsi gələcək. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın mədəniyyət xadimləri ilə görüşləri və əməkdaşlığın perspektivləri barədə müzakirələrin aparılması da nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar