Bakıda Polad Bülbüloğlunun "Eşq və ölüm" baleti nümayiş olunub
20 Sentyabr 2011 Çərşənbə Axşamı 12:44
Balet Yekaterinburq Opera və Balet Teatrının balet truppasının ifasında təqdim olunub
Bakıda keçirilən III Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunub. ANS PRESS-in məlumatına görə, balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Yekaterinburq Opera və Balet Teatrının balet truppasının ifasında təqdim olunub.
Həyat və ölüm, məhəbbət, dostluq, xəyanət kimi əbədi mövzulardan bəhs edən balet məşhur “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınıb. Tamaşanın dirijoru Pavel Kliniçev, quruluşçu xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi Nadejda Malıgina, quruluşçu rəssamı Rusiyanın əməkdar rəssamı İqor İvanovdur.
DOSTLARINLA PAYLAŞ: