Bakıda “Poker, pul və sevgi” tamaşasının premyerası keçiriləcək
03 İyun 2011 Cümə 10:47
Tamaşa 11 və 12 iyun tarixlərində göstəriləcək
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Poker, pul və sevgi” tamaşası göstəriləcək. Bu barədə teatrdan məlumat verilib.

T.Korotkovanın pyesi əsasında Azərbaycanın əməkdar artisti Boris Lukinskinin quruluş verdiyi tamaşa 11 və 12 iyun tarixlərində göstəriləcək.

Kostyum və dekorasiya üzrə rəssam Nikita Sazonovdur (Rusiya).

Tamaşada Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya, İlkin Mehtiyev, Teymur Rəhimov, Lalə Rüstəmova, Fəridə Nesterenko, Murad Məmmədov, Ramil Əliyev, Mariya Duboviskaya iştirak edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar