Bakıda “Milli cazın xüsusiyyətləri” müzakirə olunacaq
29 Aprel 2011 Cümə 11:23
ADU-da daha bir tədbir
Azərbaycan Dillər Universitetində daha bir tədbir keçiriləcək. Universitetin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın ANS PRESS-ə verdiyi məlumata görə, sabah-30 apreldə keçiriləcək tədbir “Milli cazın xüsusiyyətləri” adlanır.

Proqramda milli cazın yaranma tarixi, Azərbaycanın görkəmli caz ustaları haqqında geniş məlumat, canlı ifa, musiqişünas Farizə Babayeva, professor Rəhman Bədəlov, politoloq Toğrul Cuvarlı, kinoşünas Ülvi Mehdi və Azərbaycanın digər tanınmış mədəniyyət və elm xadimlərinin caz haqqında diskussiyası olacaq.

Tədbir İnformasiya Resurs Kompleksinin “Türk dünyası” Folklor Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar