İyunun 14-də Bakıdakı "Ambassador" otelində Hindistan Kulinariya Festivalı keçiriləcək. ANS PRESS-in xəbərinə görə, bu barədə Hindistan-Azərbaycan Assosiasiyasının prezidenti Binoy Bavtafilli məlumat verib. O, bildirib ki, ilk belə tədbir ötən il keçirilib və maraqla qarşılanıb. Festivalda hind mətbəxi, canlı Hindistan musiqisi, oyunlar, bazarlıq və bir çox digər əyləncələr təklif olunacaq.
" Tədbirdə Bakıda fəaliyyət göstərən Hindistan restoranları da öz yeməkləri ilə iştirak edəcəklər. Eyni zamanda Hindistan hənası, sarinin necə geyinilməsi nümayiş olunacaq, Hindistan zinət əşyaları sərgilənəcək" - Binoy Bavtafilli söyləyib.
Esmira Cavadova /ANS PRESS/