Bakıda filmə çəkilmiş məşhur aktyor Mixail Kozakov vəfat edib
23 Aprel 2011 Şənbə 11:45
Mixail Kozakov “Amfibiyalı adam” filmində rol almışdı.
Aprelin 22-də Rusiyanın məşhur aktyor və rejissoru Mixail Kazakov uzun sürən xərçəng xəstəliyindən sonra 77 yaşında Təl-Əvivdə (İsrail) dünyasını dəyişib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə onun həmkarı Oleq Basilaşvili məlumat verib.
Kazakovda yüngül xərçəng xəstəliyi aşkar olunmuşdu və o, İsrail klinikalarından birində müalicə alırdı.
Rusiya Sovet Sosialist Federativ Respulikasının xalq artisti “Amfibiyalı adam” (“Çelovek amfibiya”), “Salam, mən sizin xalanızam” (“Zdravstvuyte, ya vaşa tyotya”), “Məhəbbət-kök” (“Lyubov-morkov) kimi filmlərdə çəkilib. Kozakov rejissor kimi “Pokrov darvazaları” filmini lentə alıb.
Qeyd edək ki, 1961-ci ildə Mixail Kozakovun da iştirak etdiyi “Amfibiyalı adam” bədii filminin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb. Azərbaycanın Xəzər dənizinin kənarında yerləşən paytaxtında filmin “quru” hissəsi çəkilib, buradakı evlər və küçələr lentə alınıb. Məşhur aktyor bu filmdə soyuqqanlı, yalançı və fırıldaqçı Pedro rolunu ifa edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: