Bakıda eks-spiker Rəsul Quliyevin romanı nəşr olunub
21 Aprel 2011 Cümə Axşamı 13:24
Azərbaycan Milli Məclisinin eks-spikeri Rəsul Quliyevin Bakıda kitabı nəşr olunub.


Bakı-APA. Azərbaycan Milli Məclisinin eks-spikeri Rəsul Quliyevin Bakıda kitabı nəşr olunub. APA-nın xəbərinə görə, kitab roman janrında qələmə alınıb. "Qanun" nəşriyyatında çap edilən "Axına qarşı" romanı bir kitabda həm Azərbaycan, həm də rus dilində nəşr olunub. Romanın baş qəhrəmanı Davud adlı livanlı gəncdir. Romantik dram və siyasi detektiv janrında yazılmış kitabda I və II Dünya müharibələrinin başlaması səbəbləri, İsrail-Fələstin savaşının Azərbaycan oxucusuna bəlli olmayan qaranlıq məqamları açıqlanır.

Roman 2010-cu ildə ABŞ-ın tanınmış nəşriyyatlarından biri olan “Xlibris’’də ingilis dilində nəşr olunub. Kitab bakının bütün kitab mağazalarında satışa çıxarılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar