Bakıda dünyanın en böyük reqs yarışması olacaq
29 Avqust 2013 Cümə Axşamı 10:48
En böyük reqs yarışması payızda olacaq.
“İrəli” İctimai Birliyinin (İB) “iDance” komandası “My Dance” yarışmasında iştirak edəcək. İB-nin mətbuat xidmətindən verilən məlumata görə, “My Dance” rəqs şousu ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçirilib. Bu payız isə dünyanın ən böyük rəqs yarışması ilk dəfə Bakıda keçiriləcək.

“My Dance” yarışmasının məqsədi istedadları bir araya gətirməkdir. Layihədə heç bir yaş məhdudiyyətı qoyulmur. Yarışmaya 8 komandanın qatılacağı və hər bir komandada yüzlərlə könüllünün iştirakı nəzərdə tutulub. Hər komanda həftədə bir dəfə canlı efir vasitəsilə peşəkar xoreoqrafın rəhbərliyi altında hazırladığı rəqsi nümayiş etdirəcək. Rəqslər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Dövlət Bayraq Meydanında təşkil olunacaq yarışmalar Gənclər və İdman Nazirliyinin dəstəyi iə canlı efir vasitəsilə yayımlanacaq.

Qaçırmayın! İstəyən hər bir kəs bu möhtəşəm layihənin iştirakçısı ola bilər! “İRƏLİ” sizə bu şansı verir. İştirak etmək istəyənlər 3 sentyabr tarixinə qədər linkə daxil olub elektron ərizə formasını dolduraraq müraciət edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar