Bakıda dünya şöhrətli müğənninin abidəsi ucaldılacaq
22 Aprel 2012 Bazar 13:37
Yaxın bir ildə Rəşid Behbudovun adını daşıyan küçədə sənətkarın abidəsinin ucaldılması planlaşdırılır.
Yaxın bir ildə Bakıda xalq artisti, dünya şöhrətli müğənni Rəşid Behbudovun adını daşıyan küçədə görkəmli sənətkarın abidəsinin ucaldılması planlaşdırılır.

AzərTAc xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirmişdir.

Nazir xatırlatmışdır ki, paytaxtdakı Rəşid Behbudov küçəsində, həmçinin xalq artistinin adını daşıyan 2 nömrəli onbirillik musiqi məktəbi və R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yerləşir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar