Bakıda 8 Marta həsr olunmuş “Gözəllik nuru” adlı sərgi və konsert keçiriləcək
06 Mart 2012 Çərşənbə Axşamı 12:35
Sərgidə Azərbaycan rəssamlarından rəsm, heykəltəraşlıq və foto əsərləri nümayiş olunacaq.
Mədəniyyət və Turizm Nazirliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Muzey Mərkəzində “Gözəllik nuru” adlı sərgi və konsert keçirəcək. ANS PRESS-in Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərgidə Azərbaycan rəssamlarından 53 müəllifin 66 rəsm, 14 heykəltəraşlıq, 33 foto əsəri nümayiş olunacaq. Konsertdə Azərbaycan musiqiçilərinin (Xalq artistləri Murad Adıgözəlzadə, Murad Hüseynov, Əməkdar artistlər Salman Qəmbərov, Emil Əfrasiyab - fortepiano, ifaçılar İbrahim Nəsrullayev, Emil Həsənov - bas, Vaqif Əliyev – zərb alətləri) ifasında musiqi səsləndiriləcək.
8 Mart Beynəlxalq Qadınlar Günü uzun illərdir ki, (1917-ci ildən) bayram kimi qeyd olunur. Bu bayram nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində keçirilir.
DOSTLARINLA PAYLAŞ: