Bakı Xoreoqrafiya məktəbinin əməkdaşlarına fəxri ad verilib
14 Dekabr 2009 Bazar Ertəsi 22:00
Prezident müvafiq sərəncama imza atıb. Bakı Xoreoqrafiya məktəbinin əməkdaşlarına fəxri ad verilib.
Azərbaycan prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya məktəbinin əməkdaşlarına fəxri ad verilməsinə dair sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, Azərbaycanda xoreoqrafiya sənətinin inkişafındakı xidmətlərinə görə Aqalliyay Pellumb Mustafa oğlu və İsakadze Alla Fyodorovna “Əməkdar Müəllim” fəxri adı ilə təltif olunublar.

İlham Əliyev Azərbaycanda neft sənayesinin və elminin inkişafında böyük xidmətlərinə görə isə Xoşbəxt Bağı oğlu Yusifzadənin “Şərəf” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar