Bakı Bələdiyyə Teatrı yeni mövsümü açır
08 Oktyabr 2010 Cümə 19:25
Bakı Bələdiyyə Teatrı yeni mövsümü açır. Aktyorlar Evinin səhnəsində "Qaravəlli" tamaşasının premyerası olacaq.
Bakı Bələdiyyə Teatrı yeni mövsümü "Qaravəlli" ilə açacaq. ANS PRESS-in məlumatına görə, xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası Aktyorlar Evinin səhnəsində olacaq.

Tamaşanın quruluşçu rejissoru Rövşən Almuradlıdır. Tamaşada xalq artisti Vaqif Əliyev, əməkdar artistlər Əfqan Sultanov, Səmayə Sadıqova, Tofiq Bayramov, aktyorlardan Ramil Şıxəliyev, Zülfiyyə Qurbanova və başqaları rol alıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar