Baharın 17 anı filmini çəkən rejissor Tatyana Lioznova öldü
30 Sentyabr 2011 Cümə 11:58
Baharın 17 anı filmini çəkən rejissor Tatyana Lioznova ömrünün 88-ci ilində dünyasını dəyişdi.
"Baharın 17 anı" və "Plyuşixdə üç qovaq ağacı" kimi əfsanəvi filmlərin yaradıcısı Tatyana Lioznova vəfat edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rejissor uzun sürən ağır xəstəlikdən sonra ömrünün 88-ci ilində Moskvada dünyasını dəyişib.

SSRİ xalq artisti, əməkdar incəsənət xadimi Tatyana Mixaylovna son zamanlar yataq xəstəsi idi. Hələ mart ayında onun ayaqları kəsilmişdi. Rejissor neçə il öncə keçirdiyi insultdan sonra özünə gələ gələ bilmədi.

Xatırladaq ki, Tatyana Lioznova 20 iyul 1924-cü ildə Moskvada dünyaya gəlib. 1949-cu ildə Ali Kinematoqrafiya İnstitunun rejissorluq fakültəsini bitirib. Müəyyən dövrlərdə təhsil aldığı ali məktəbdə dərs deyib. Tatyana Mixaylovna son 20 ildə kino çəkmirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar