Azərbaycanlı təyyarəçi haqda film çəkiləcək
25 Yanvar 2010 Bazar Ertəsi 20:35
Film Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə həsr edilib
Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi ilə əlaqədar "Salnamə" sənədli filmlər studiyasında Rusiya ilə birgə Sovet İttifaqı Qəhrəmanı, Leninqrad uğrunda döyüşlərdə həlak olmuş Hüseynbala Əliyev haqqında sənədli filmin çəkilişinə hazırlıq gedir. Bu barədə ”Salnamə” studiyasının direktoru Böyükağa Məmmədov məlumat verib.

Fevralda birgə film haqda ilkin danışıqlar aparılacaq. Bununla əlaqədar "Salnamə" studiyasının yaradıcı qrupu "Lennauçfilm"in çəkiliş qrupu ilə görüşmək üçün yola düşəcək.

Sənədli film 2010-cu ilin martında istehsal olunacaq. Bu, rəsmi sənədlər, silahdaşlarının xatirələri və arxiv materialları əsasında qurulan təxminən 30 dəqiqəlik film olacaq.

Film iki dildə-Azərbaycan və rus dillərində olacaq və ekranlara yubiley günlərində, yəni 2010-cu ilin mayında çıxacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar