Azərbaycanlı sənətçidən bələdiyyə sədrinə sürpriz
06 May 2014 Çərşənbə Axşamı 04:20
Tədbirin sonunda sürprizlə qarşılaşan bələdiyyə sədri aldığı hədiyyədən razı qaldığını bildirib.
Kuşadasında keçirilən rəsim sərgilərindən birində azərbaycanlı rəssam bələdiyyə sədrinə sürpriz edib.

ANS PRESS-in xəbərinə görə, Kuşadasında təşkil edilən rəsim sərgilərinin birində azərbaycanlı rəssam Nəvai Mətin Məmmədoğlu Kuşadası bələdiyyə sədri Özer Kayalının şəklinin olduğu bir portret hədiyyə edib.

Tədbirin sonunda sürprizlə qarşılaşan bələdiyyə sədri aldığı hədiyyədən razı qaldığını bildirib:

"Mənim üçün həqiqətən sürpriz oldu. Bu portreti hazırlayan azərbaycanlı sənətçimizə təşəkkür edirəm. Mən çox xoşbəxt oldum, lakin məni əsl xoşbəxt edən burada 17 fərqli ölkədən sənətçi dostlarımızın, qardaşlarımızın gəlib bu tədbirdə iştirak etməsidir. Xüsusilə bu tədbiri həyata keçirən Kuşadası Mədəniyyət İncəsənət birliyi dialoqları dərnəyi sədri Emel Ataya və digər əməyi keçən şəxslərə minnətdaram ".




DOSTLARINLA PAYLAŞ:

oyunlar