Azərbaycanlı qadın Türkiyədə kitab yazdı
08 Fevral 2011 Çərşənbə Axşamı 05:30
42 şeirdən ibarət kitabının adı “Azəri Qızının Simav Dastanı”dır
Türkiyə Kütahya vilayətinin Simav rayonunda yaşayan azərbaycanlı qadın bölgənin gözəlliklərini tərənnüm etdirən şeir kitabı yazıb. Qeyd edək ki, 7 ildir ailə quraraq bu şəhərdə yaşayan 50 yaşlı Naciyyə Ambarçının 42 şeirdən ibarət kitabının adı “Azəri Qızının Simav Dastanı”dır. Yazdığı kitabdan imzalayaraq Simav bələdiyyə sədrinə təqdim edən Naciyyə Ambar ömrü olduqca bu yerlərə şeirlər həsr edəcəyini bildirib.
Əcnəbi bir gəlinin Simava belə şeirlər həsr etməsinə sevindiyini deyən bələdiyyə sədri Qasım Qaraxan bu kimi fəaliyyətlərinin davam etməsi üçün Naciyyə Ambara dəstək verəcəklərini bildirib.
DOSTLARINLA PAYLAŞ: