Azərbaycanlı pianoçu və fransız ifaçının konserti olacaq
01 Dekabr 2010 Çərşənbə 16:40
Murad Huseynov və Greta Komurun yeganə konserti Milli İncəsənət Muzeyində keçiriləcək
Greta Komur və Murad Huseynovun Bakıda yeganə konserti olacaq. Fransanın Azərbaycandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, 2 dekabrda Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyində Şopenin və fransız bəstəkarı Pyer Tiluanın melodiyalarından ibarət konsertdə, musiqiyə olan sevgi, ustalıq və həssaslıq, lirik soprano ifaçısı Greta Komur ilə pianoçu Murad Huseynovu birləşdirəcək.

Rusiyada və Fransada təhsilini başa çatdırdıqdan sonra Bakıya qayıdan Murad Hüseynov Musiqi Akademiyasında fortepiano dərsləri verməklə yanaşı, həm də beynəlxalq turnelərdə karyerasını davam etdirir.

Bu turnelər onu dünyanın bir sıra ölkələrinə aparır. O, həm solist olaraq, həm də məşhur orkestrlərin müşayiəti ilə, məsələn Moskva Filarmoniyasının orkestri və bu yaxınlarda isə London kral Filarmonik orkestri ilə çıxış edib. Bununla yanaşı, Murad Hüseynov pianoçuların müxtəlif beynəlxalq müsabiqələrində fərqlənib və onun virtuoz ifası çoxsaylı mükafatlara layiq görülüb.

Polşanın cənubunda yerləşən Katoviça şəhərinə yaxın dünyaya göz açmış Qreta Komür, erkən yaşlarından musiqiyə olan meylini biruzə verib və ifaçılığa həvəs göstərib. O vaxtdan bəri Qreta həm Polşada, həm də Fransada bir an da olsun öz üzərində çalışmağı dayandırmayıb. Xüsusi tembrə malik olan səsi və cəzbedici səhnə mədəniyyəti ona beynəlxalq lirik karyera qazandırıb və bu gün Xanım Komürün Şopenin, Motsartın, Musorqskinin, Tiluanın, 19-cu əsr italyan bəstəkarlarının əsərlərindən və 20-ci əsrin operalarından ibarət sevilən repertuarını fransız və xarici ölkələrin səhnələrində dinləmək olar.

Qeyd edək ki, bəstəkar Pyer Tilua hal-hazırda Bakıda qonaqdır və bu gün Bakı Musiqi Akademiyasında, muasir klassik musiqi mövzusunda masterklass təqdim edəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar