Azərbaycanlı müğənni Zaur Əmiraslanov Türkiyədə mükafata layiq görüldü
24 May 2012 Cümə Axşamı 04:43
Azərbaycanlı müğənni Zaur Əmiraslanov Türkcə danışan ölkələrarası mahnı müsabiqəsinin qalibi olub.
Türkiyə Mersin vilayətinin Silifke rayonunda Silifke mədəniyyət həftəsi tədbirləri çərçivəsində II Türkcə danışan ölkələrarası mahnı müsabiqəsi keçirilib. Azərbaycanlı müğənni – Əməkdar artist Zaur Əmiraslanov birinci yeri tutaraq müsabiqənin qalibi olub. İkinci yeri Tatarıstan vilayətindən Alyona Şərifcanova, üçüncü yeri isə türkiyəli müğənni Dəniz Bursalı tutub.

Məlumata görə, birinci yeri tutmuş Zaur Əmiraslanova 4 000 dollar mükafat verilib. Müvafiq olaraq ikinci və üçüncü yerin sahiblərinə isə 3 000 və 2 000 dollar mükafat verilib. Bundan başqa azərbaycanlı Ramal İsrafilov, rusiyalı Nadejda Kuular və Ukaraynnın Kırım vilayətindən olan Əminə Cövdətova münsiflər heyətinin 1 000 dollarlıq xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Azərbaycanın Xalq artisti Brilliant Dadaşova da olub.

Tədbirdən sonra çıxış edən Silifke bələdiyyəsinin sədri Əli Öngel hədəflərinin gələcəkdə bu müsabiqəni türkcə danışan ölkələr arasında eurovision səviyyəsinə çatdırmaq olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar