Azərbaycanlı Mehparə Zeynalova 9. Türkcə Olimpiadasında 2-ci yeri tutub
23 İyun 2011 Cümə Axşamı 04:10
Mehparə Zeynalova şeir kateqoriyası üzrə keçirilən müsabiqədə Arif Nihat Asyanın “Kubbeler” əsərini səsləndirib.
Türkiyədə keçirilən “IX Beynəlxalq Türkcə Olimpiadası”nda Azərbaycanı təmsil edən Mehparə Zeynalova 2-ci yeri tutdu. M. Zeynalova Olimpiadanın şeir kateqoriyası üzrə keçirilən müsabiqəsində türkiyəli şair Arif Nihat Asyanın “Kubbeler” əsərini səsləndirib.

Qeyd edək ki, bu kateqoriyada 1-ci yeri Gürcüstan təmsilçisi Leyla Qurbanova, 3-cü yeri isə Belarus təmsilçisi Vladislav Voinich tutub. Qaliblərə mükafatlarını İstanbul valisi Hüseyn Avni Mutlu verib. ANSPRESS






DOSTLARINLA PAYLAŞ:

oyunlar