Azərbaycanlı cazmen caz festivalının qalibi olub
20 İyul 2009 Bazar Ertəsi 13:20
Dünyanın ən yaxşı caz musiqiçilərinin iştirakı ilə keçirilən yarışmada İsraf Sarabski birinci olub

 

Azərbaycanlı cazmen İsraf Sarabski İsveçrənin Montre şəhərində keçirilən nüfuzlu Beynəlxalq caz festivalında qalib gəlib. Dünyanın ən yaxşı caz musiqiçilərinin iştirakı ilə keçirilən yarışmada 20 yaşlı İsraf gənc pianoçu Beko Qoçiaşvili ilə birinci yeri bölüşüb.
İkinci yeri almaniyalı Frans fon Çossi, üçüncü yeri isə isveçrəli Klod Diallo tutub.

Xatırladaq ki, azərbaycanlı pianoçu Şahin Növrəsli 2007-ci ildə Montrö festivalında ikinci yerə layiq görülmüşdü./AzərTAc/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar