Azərbaycanlı balet ustası Ülvi Əzizov Dünya balet ulduzlarının qala konsertində uğurla çıxış edib
30 Sentyabr 2011 Cümə 17:08
Azərbaycanlı balet ustası Ülvi Əzizov Aralıq dənizi İncəsənət Festivalı çərçivəsində keçirilən “Dünya balet ulduzları” qala konsertində uğurla çıxış edib.
 APA-nın məlumatına görə, konsertdə Rusiya Böyük Teatrın, Berlin, Praqa dövlət opera teatrlarının solistləri iştirak edib. Balet tənqidçiləri Ülvi Əzizovun texnikasını və artistik ustalığını yüksək qiymətləndiriblər.

Festivala 17 ölkədən və 5 qitədən 1300 sənətçi qatılıb. Festivalın təşkilatçısı Britaniyanın “Militfest Entertainment” şirkəti olub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar