Azərbaycanın xalq rəssamı Kamil Nəcəfzadə vəfat edib
30 İyun 2011 Cümə Axşamı 11:16
Xalq rəssamı, iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamil Nəcəfzadə vəfat edib.
APA-nın məlumatına görə, rəssam ötən gün, iyunun 29-da 82 yaşında dünyasını dəyişib.

K. Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub.

1943-1948-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, 1949-1955-ci illərdə isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib. O, 1955-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi əmək fəaliyyətinə başlayıb, 40-a yaxın bədii filmin tərtibatçısı olub, müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar