Azərbaycanın xalq artisti ABŞ-da konsert verəcək.
15 Yanvar 2012 Bazar 03:59
Alim Qasımovun dörd konsertinin hər biri iki hissədən ibarət olacaq
Fevralın 3-dən 21-dək Azərbaycanın xalq artisti Alim Qasımov ABŞ-da səfərdə olacaq. AzərTAc xəbər verir ki, səfər çərçivəsində Alim Qasımov 10-a yaxın master-klaslar keçəcək, musiqiçilərlə müzakirələr aparacaq, 4 konsert proqramı ilə çıxış edəcək. Hər konsert iki hissədən ibarət olacaq. Birinci hissədə Alim Qasımov “Kronus” kvarteti ilə çıxış edəcək, ikinci hissə isə xalq Artistinin və qızı Fərqanə Qasımovanın solo-konsertindən ibarət olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar