Azərbaycanın “Şərikli çörək” filmi bərpa olunub
02 Dekabr 2009 Çərşənbə 12:35
Məşhur “Şərikli çörək” bədii filmi Rusiya Dövlət Film Fondunda bərpa olunub.
Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumatı verib. C. Quliyev bildirib ki, filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə baş tutub.
Onun sözlərinə görə, filmin bərpası ekran əsərinin rejissoru olmuş Azərbaycanın tanınmış kinorejissoru Şamil Mahmudbəyovun 85 illik yubileyi münasibəti ilə baş tutub.
Dövlət Film Fondunun rəhbəri dekabrın 9-da Muzey Mərkəzində Ş. Mahmudbəyovun 85 illik yubileyinin qeyd olunacağını açıqlayıb. Muzeyin foyesində rejissorun həyat və yaradıcılığını əks etdirəcək foto-sərginin nümayişinin də təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın dövlət mükafatına layiq görülmüş “Şərikli çörək” filminin ssenari müəllifi Alla Axundova, quruluşçu rejissoru Şamil Mahmudbəyov, operatoru Teyyub Axundov, bəstəkarı Vasif Adıgözəlovdur. APA
DOSTLARINLA PAYLAŞ: