Azərbaycanın milli rəqs qrupları Türkiyədə keçiriləcək festivalda iştirak edəcəklər
10 İyul 2011 Bazar 03:31
18 ölkədən 750 qonağın iştirak edəcəyi festivalda müxtəlif ölkələrə məxsus milli xalq rəqsləri nümayiş olunacaq.
İyulun 13-dən 17-dək İstanbulda keçiriləcək II Beynəlxalq mədəniyyət və incəsənət festivalında Azərbaycanın milli rəqs qrupları xalq rəqslərimizi nümayiş etdirəcəklər. AzərTAc xəbər verir ki, 18 ölkədən 750 qonağın iştirak edəcəyi festivalda müxtəlif ölkələrə məxsus milli xalq rəqsləri, əyləncəli şoular, atəşfəşanlıq nümayiş olunacaq.
Tədbir çərçivəsində Türkiyənin məşhur müğənnilərinin ifasında konsert təşkil ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: