Azərbaycanın “Eurovision-2011”də çıxış edəcəyi tarix məlum olub
19 Yanvar 2011 Çərşənbə 12:05
Təmsilçimiz mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcək.
Bu il Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan mayın 10-da keçiriləcək birinci yarımfinalda çıxış edəcək. Düsseldorfda keçirilən püşkatma mərasimində müsabiqənin yarımfinallarına qatılacaq 39 ölkənin hansı yarımfinalda çıxış edəcəyi məlum olub.
Püşkatmanın nəticələrinə görə, mayın 10-da keçiriləcək I yarımfinalda Azərbaycan, Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan yarışacaq.
Mayın 12-də keçiriləcək II yarımfinalda isə İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Herseqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya mayın 14-də keçiriləcək finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Hər yarımfinalda 19 ölkə yarışacaq və hər yarımfinalda 10 ölkə finalda çıxış etmək şansı qazanacaq.
Böyük beşliyə daxil olan Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcəklər. Böyük Britaniya və İspaniya ilk yarımfinalın, Fransa, Almaniya, İtaliya isə II yarımfinalın iştirakçılarına səs verə biləcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: