Azərbaycanın “Eurovision-2010” təmsilçisi Rumıniyada çıxış edib
12 May 2010 Çərşənbə 19:35
“Eurovision-2010” mahnı yarışmasında Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə promo-tur çərçivəsində Rumıniyaya səfər edib.
APA-nın məlumatına görə, səfər çərçivəsində təmsilçi Rumıniyanın məşhur televiziya verilişlərində çıxış edib, eləcə də rumın mətbuatına müsahibələr verib. Televiziya proqramlarında çıxışı zamanı Azərbaycan təmsilçisi müsabiqədə ifa edəcəyi “Drip Drop” mahnısını da təqdim edib. Səfərdən çox razı qalan Səfurə Əlizadə Rumıniyanı çox sevdiyini də bəyan edib: “Bu ölkəni çox sevirəm. Rumıniyaya yenidən gəlməyi çox arzu edirəm. Ölkə olduqca gözəldir, gəzməli və görməli yerləri həddindən artıq çoxdur. “Eurovision-2010” müsabiqəsindən sonra bu ölkəyə yenidən gəlməyi çox istəyirəm. Çox güman ki, gələcəyəm”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: