Azərbaycanı Eurovision Next qrupu təmsil edəcək
12 Noyabr 2009 Cümə Axşamı 20:30
Next qrupu müsabiqəyə hazırlıqla əlaqədar olaraq Ukraynaya gedib
2010-cu ildə Norveçdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin adı bəlli olub. Bu il “Eurovision” səhnəsində ölkəmizi 5 nəfərdən ibarət yeni “Next” adlı qrup təmsil edəcək.

Qeyd edək ki, bu xəbər rəsmən öz təsdiqini hələlik tapmasa da, etibarlı mənbələrdən media nümayəndələrinə “Eurovision”a məhz bu qrupun gedəcəyi bildirilib.

“Next” qrupunun bu müsabiqəyə qatılmasını onlarla iş birliyinə imza atan xalq artisti Nazpəri Dostəliyeva da təsdiqləyib.

Hazırda onlar müsabiqəyə hazırlıqla əlaqədar olaraq Ukraynadadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar