Azərbaycanı “Eurovision-2011”-də təmsil edəcək finalçıların adları açıqlanıb
17 Yanvar 2011 Bazar Ertəsi 20:50
Final konsertində İlhamə Qasımova, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva və Nigar Camal mübarizə aparacaqlar.
Azərbaycanı Düsseldorfda (Almaniya) keçiriləcək “Eurovision-2011” müsabiqəsindəki təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin finalına vəsiqə qazanan beş ifaçının adı açılanıb.

Final konsertində İlhamə Qasımova, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva və Nigar Camal mübarizə aparacaqlar.

Finalın ilk mərhələsində finala keçmək uğrunda 9 ifaçı yarışıb. Bunlar İlhamə Qasımova, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva, Nigar Camal, Nurlan Növrəsli, Çingiz Mustafayev, Arzum Xəlilova və Günay İbrahimlidir. Tamaşaçı səsverməsinə görə, İlhamə Qasımova 1-ci, İlqarə İbrahimova 2-ci, Nuraln Növrəsli 3-cü, Arzum Xəlilova 4-cü, Aynişan Quliyeva 5-ci, Eldar Qasımov 6-cı, Çingiz Mustafayev 7-ci, Nigar Camal 8-ci, Günay İbrahimli isə 9-cu olub. Münsiflər heyətinin payına düşən 50% səsvermədən sonra isə bu nətiəcələr dəyişib. Növbəti mərhələyə vəsiqə qazanan 5 ifaçı fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulan final konsertində çıxış edəcək, Azərbaycanı “Eurovision-2011”də təmsil edəcək ifaçı onların arasından seçiləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar