Azərbaycanı 45-ci Montre caz festivalında Emil Əfrasiyaboğlu təmsil edəcək
27 İyun 2011 Bazar Ertəsi 05:40
Emil Əfrasiyaboğlu 45-ci Montre caz festivalı çərçivəsində keçiriləcək müsabiqədə “Ən yaxşı pianoçu” nominasiyasında mübarizə aparacaq.
İyulun 1-dən 16-dək İsveçrənin Montre şəhərində “Montreux Jazz Festival-2011” festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a verilən məlumata görə, artıq 45-ci dəfə keçirilən bu möhtəşəm Beynəlxalq caz festivalında Azərbaycanı Emil Əfrasiyaboğlu təmsil edəcək.

Azərbaycanın istedadlı pianoçusu festival çərçivəsində keçiriləcək müsabiqədə “Ən yaxşı pianoçu” nominasiyasında mübarizə aparacaq.

Qeyd edək ki, ötən il Montre caz festivalının qalibi azərbaycanlı cazmen İsfar Sarabski olmuşu.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar