Azərbaycanfilm kinostudiyası loqo müsabiqəsi elan edib
20 Dekabr 2010 Bazar Ertəsi 18:10
Loqo elektron qrafik formatda və ya kağız üzərində işlənmiş təsvirdən ibarət olmalıdır
“Azərbaycanfilm” kinostudiyası özünün yeni loqotipini yaratmaq üçün müsabiqə elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, loqo elektron qrafik formatda və ya kağız üzərində işlənmiş təsvirdən ibarət olmalıdır. Qalib işin müəllifinə 1000 manat dəyərində mükafat veriləcək.
Müsabiqəyə işləri 2011-ci il fevralın 1-dək “Azərbaycanfilm” kinostudiyasına təqdim etmək lazımdır.
DOSTLARINLA PAYLAŞ: