Martın 8-də Ukraynanın məşhur rəqqasəsi Alla Kuşnir Bakıda möhtəşəm rəqs şousu ilə çıxış edəcək.
Azərbaycanda ilk dəfə "Şərq gecəsi" keçiriləcək. Milli.az-ın məlumatına görə, Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə martın 8-də Ukraynanın məşhur rəqqasəsi Alla Kuşnir paytaxtımızda möhtəşəm rəqs şousu ilə çıxış edəcək.
"Hilton" otelində keçiriləcək "Şərq gecəsi" adlı konsertdə tamaşaçıların ağlını başdan çıxaracaq bir çox fərqli rəqslər nümayiş olunacaq.
Gecədə həmçinin əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın "Şərq" kolleksiyası da nümayiş olunacaq.
Bununla yanaşı, mərasimdə ilk dəfə Azərbaycanda qızıl-brilyant nümayişi keçiriləcək.
Gecədə yerli şou-biznes əhlinin ən məşhur simaları da iştirak edəcəklər. Azərbaycanlı müğənni və rəqqasələr xanımları təbrik edəcəklər. Səhnədə çıxış edənləri isə "Rövşən" ritm qrupu müşayiət edəcək. Qonaqlar məkana daxil olan kimi şərq ab-havasını hiss edəcəklər.
Qeyd edək ki, şounun aparıcısı teleməkanın ən cazibədar teleaparıcısı olan "Sexy ulduz" titulunun sahibi Zemfira Adıgözəlova olacaq. Zema səhnəyə rəqqasların gucağında gələcək.
Şounun informasiya dəstəyi milli.az və day.az saytarına məxsusdur.