Azərbaycanda iki günlük rok festivalı keçiriləcək
01 İyul 2011 Cümə 16:48
Azərbaycanın Gəncə şəhərində iki günlük rok festivalı keçiriləcək.
 Festival “Bakı Küləyi” Təşkilatının təşəbbüsü ilə baş tutacaq. Təşkilatçı qurumdan APA-ya verilən məlumatda bildirilib ki, festival iyulun 9-u və 10-da “Gənc Gəncə Rock Festivalı” adı altında təşkil olunacaq. Bu Gəncədə keçirilən sayca ikinci rok festivalıdır. Konsertin təşkilində məqsəd Azərbaycanda milli rokun inkişafına dəstək olmaqdır.
Festivalda “Empathy” , “Live or leave”, “PadZehir”, “BluesBoys”, “Pharaon”, “NewSkin”, “Milan” rok qrupları iştirak edəcəklər. Festival Gəncədə “Ramada Plaza”da keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar