Azərbaycan xalqının tarixi, mədəni sərvətləri sayılan adların siyahısı hazırdır
13 İyul 2011 Çərşənbə 21:23
İndiyədək 17 hüquqi və fiziki şəxsə belə adlardan istifadəyə icazə verilib.
Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi qaydaları müəyyənləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, qaydalar “Mədəniyyət və turizm sahəsində informasiya və reklam konsepsiyası”na uyğun olaraq hazırlanıb.
Azərbaycan xalqının tarixi, mədəni sərvətləri sayılan adların siyahısı artıq hazırdır. İndiyədək 17 hüquqi və fiziki şəxsə belə adlardan istifadəyə icazə verilib.
Nazirlikdən onu da bildiriblər ki, Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən istifadə edən hüquqi və fiziki şəxslərin nazirlikdən icazə almalarını təmin etmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq əsasında müvafiq tədbirlər görüləcək. anspress
DOSTLARINLA PAYLAŞ: