Azərbaycan - təzadlar ölkəsi
17 Fevral 2013 Bazar 23:11
Fevralın 22-dən martın 8-dək Kiçik QalArt qalereyasında “Azərbaycan - təzadlar ölkəsi” mövzusunda fotosərgi təşkil ediləcək.
AzərTAc xəbər verir ki, Azərbaycanda Fransız İnstitutu və Bakı-Frankofonlar Assosiasiyası tərəfindən təşkil olunacaq sərgidə Fransanın həvəskar fotoqraflarının çəkdikləri yüzə yaxın fotoşəkil nümayiş olunacaq. Bu fotoşəkillər keçən il assosiasiya tərəfindən təşkil olunmuş müsabiqə zamanı seçilib.

Fotolarda Bakıda yaşayan fransızların və frankofonların gözü ilə Odlar Yurdunun və onun paytaxtının gözəl yerləri, insanları və onların gündəlik həyatı əks etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar