Azərbaycan rəqqasları Türkiyədə keçirilən beynəlxalq rəqs müsabiqəsində ikinci olub
12 İyul 2011 Çərşənbə Axşamı 10:48
Türkiyədə keçirilən beynəlxalq rəqs müsabiqəsində Azərbaycan rəqqasları ikincilik əldə edib.
APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, müsabiqənin birincisi Gürcüstan, üçüncüsü isə Kosova rəqqasları olub.

Yeniməhəllə Bələdiyyəsi ilə Acity AVM və MCD Gənclik Klubunun təşkilatçılığı ilə keçirilən beynəlxalq rəqs müsabiqəsi ikinci dəfə düzənlənib. Ev sahibi olması səbəbindən Türkiyə müsabiqədə iştirak etməyib. Yarışmada Azərbaycanla yanaşı, Gürcüstan, Bolqarıstan, Rumıniya, Kosova, Bosniya və Hersoqovina, Puerto Riko, Serbiya rəqqasları iştirak edib. Qələbə qazanan Gürcüstan rəqqaslarına birincilik kubokunu başqan Fethi Yaşar təqdim edib. apa


DOSTLARINLA PAYLAŞ:

oyunlar