Azərbaycan Londonda keçirilən kitab sərgisində təmsil olunub
15 Aprel 2011 Cümə 16:36
Beynəlxalq sərgidə dünyanın 100-dən artıq ölkənin nümayəndələri iştirak edib.
Bu günlərdə Londonda beynəlxalq kitab sərgisi keçirilib. Azərbaycanın Londondakı səfirliyindən bildiriblər ki, dünyanın 100-dən artıq ölkəsindən 2 minədək nəşriyyat təmsilçilərinin iştirak etdiyi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycan stendi də təqdim olunub.
82 adda 300 nəşr məhsulu nümayiş etdirilən Azərbaycan stendi sərgiyə gələnlərin böyük marağına səbəb olub, tamaşaçılara çoxsaylı çap məhsulları paylanıb. Sərgidə əsasən ölkəmizin iqtisadiyyatı, turizm imkanları, tarixi, mədəniyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəşr məhsulları nümayiş etdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: