Azərbaycan ilk dəfə Womex - Dünya Musiqi Sərgisində təmsil olunub
31 Oktyabr 2011 Bazar Ertəsi 18:46
Azərbaycan ilk dəfə Womex - Dünya Musiqi Sərgisində təmsil olunub.
APA-nın məlumatına görə, Womex beynəlxalq musiqi sərgisi bu dəfə Danimarkada təşkil edilib. Sərgidə Azərbaycanı xalq artisti Mənsum İbrahimov və “Qarabağ” muğam qrupu – əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Nizami Allahverdiyev (balaban) və Kamran Kərimov (nağara) təmsil edib.
Oktyabrın 26-30-da keçirilən dünya musiqi sərgisində iştirak etmək üçün ayrı-ayrı ölkələrdən ümumilikdə 750 ərizə verilib. Onlardan yalnız 30-u qəbul olunub. Dünyanın bütün qitələrindən gələn təmsilçilər təşkil olunan konsertlərdə öz ölkələrinin musiqi mədəniyyətini nümayiş etdiriblər. Azərbaycana çıxış üçün 45 dəqiqə vaxt ayrılıb. Təmsilçilərimizin çıxışı olduqca müsbət qarşılanıb və təsirli olub. Zalda oturan danimarkalı jurnalist Azərbaycan tamaşaçılarının əlindəki bayrağı öpərək fikrini belə ifadə edib: “Sizin çox böyük millətiniz var ki, belə bir musiqiyə sahibsiniz”.
Növbəti “Womex” dünya musiqi sərgisi 2012-ci ildə Yunanıstanda keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: