Azərbaycan filmi mükafat fondu 70 min avro olan festivalda iştirak edəcək
17 Aprel 2011 Bazar 04:20
“Lahıc” filmi İranda keçiriləcək Beynəlxalq festivalda nümayiş olunacaq.
Aprelin 24-dən 28-dək İranın Kiş adasında I Kiş Beynəlxalq film festivalı keçiriləcək. Azərbaycanı festivalda rejissor Mehriban Ələkbərzadənin ekranlaşdırdığı “Lahıc” qısametrajlı sənədli-etnoqrafik filmi təmsil edəcək.
I Kiş Beynəlxalq film festivalı Azad və Xüsusi İqtisadi Zonalar Mərkəzi və İranın Film və Audiovizual İşlər Bürosu, Mədəniyyət və İslam Maarifləndirilməsi Nazirliyi tərəfindən təşkil edilir.
İlk dəfə keçirilməsinə baxmayaraq, festivalın ümumi mükafat fondu 70 min avrodur. Bu isə dünyada məhşur kinofestivalların ümumi mükafat fondundan dəfələrlə çoxdur.
“Lahic” sənədli-etnoqrafik filminin yaradici kollektivi festivalda iştirak etmək üçün yaxın günlərdə İrana yola düşəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: