Azərbaycan Dövlət Kukla Teatrının direktoru vəfat edib
08 Aprel 2010 Cümə Axşamı 09:55
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyev axşam saatlarında elə iş yerində dünyasını dəyişib.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyev vəfat edib. R. Quliyevin ailəsindən APA-ya verilən məlumata görə, o, aprelin 7-də axşam saatlarında elə iş yerində dünyasını dəyişib. R. Quliyev bir ildir, ürək ağrılarından əziyyət çəkirmiş. Mərhumla vida mərasimi bu gün evində olacaq.

Qeyd edək ki, Rəhman Ağarəhim oğlu Quliyev 26 iyul 1954-cü ildə Bakıda doğulub. 1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1978-1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981-1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984-1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıb.

Azərbaycan prezidentinin 16 may 2006-cı il tarixli sərəncamına əsasən, «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar