Azərbaycan Dövlət Film Fondu Şir evdən getdi filmini bərpa edib
13 İyul 2011 Çərşənbə 01:40
Tamaşaçılar Şir evdən getdi filminə yenilənmiş variantda tamaşa edə biləcəklər.
Balaca televiziya tamaşaçılarını və onların valideynlərini gözəl bir hədiyyə gözləyir. Onlar tezliklə hamının sevdiyi “Şir evdən getdi” bədii filminə bərpa edilib və yenilənmiş variantda tamaşa edə biləcəklər. 1977-ci ildə “Azərbaycanfilm” kinostudiyasında yazıçı Yuri Yakovlevin eyniadlı nağılının motivləri əsasında kinorejissor Rasim İsmayılovun çəkdiyi iki seriyalı “Şir evdən getdi” bədii filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu tərəfindən Rusiya Dövlət Teleradio Fondu ilə birlikdə bərpa edilib.

Filmin bərpası Əməkdar İncəsənət Xadimi, dövlət mükafatı laureatı, kinorejissor və kinooperator Rasim İsmayılovun 75 illiyinə həsr edilib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar