Azərbaycan Dillər Universitetində Yapon mətbəxi günü keçirilib
17 Dekabr 2011 Şənbə 14:02
Dekabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) “Yapon mətbəxi” günü qeyd edilib.
ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, səfirin xanımı və ADU-nun tələbələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd Yaponiya və Azərbaycan arasında olan mədəni, iqtisadi və dostluq münasibətlərini daha da möhkəmləndirmək, Yaponiya mətbəxini azərbaycanlı tələbələrə tanıtmaqdır.
Tədbir yarışma şəklində təşkil olunub. Komandalar Yaponiya yeməkləri hazırlayıb. Qalib komanda səsvermə ilə müəyyən edilib. Ən çox səs toplayan komanda isə Yaponiya Azərbaycan Məzunlar Assosiasiyası tərəfindən təltif olunub.
Qeyd edək ki Yaponiya Azərbaycan Məzunlar Assosiasiyası 2003-cü ildən fəaliyyət göstərir, 300-dən çox üzvü var.
DOSTLARINLA PAYLAŞ: